"Düşün və Varlan" kitabından maraqlı sitatlar | Kitab sözləri

 

Uğur onu fikirləşənin yanındadir, məğlubiyyətsə onu düşünəni izləyir.

Düşün və Varlan, Napoleon Hill

"Düşün və Varlan" kitabından maraqlı sitatlar | Kitab sözləri

  • İnamla yoğrulmuş arzuya sahib olan kəsin qarşısında heç bir maneə tab gətirə bilməz.
  • Hər bir məğlubiyyətdə potensial uğur toxumu yatır!
  • Sən kimi gəldi aldada bilərsən, yalnız özündən başqa.
  • Yeganə mövcud olan sərhəd, çəkdiyimiz sərhəddir.
  • Yalnız uğur barədə düşünənlərin bəxti gətirir.Talesizlik isə məğlubiyyəti gözünə alanların qismətidir.
  • Mən mehribanlıq badəsini geridə qalan gözəl dönəmlə doldururam.

"Düşün və Varlan" kitabından maraqlı sitatlar | Kitab sözləri

 

  • Həyat heyrət doğuracaq qədər qeyri-adidir. Bizim bütün yüksəlişlərimiz və enmələrimizin səbəbləri ən bayağı şeylərə dayaqlanır.
  • Bəzisi o qədər möhtəşəm və əlçatmazdır ki, insanlar onları möcüzə adlandırırlar.
  • Bəxt çox hoqqabazdır. Geri çəkilməmək və əlini uzadıb bir neçə addımlığında dayanan gözəgörünməz uğurunu götürmək üçün uzaqgörənlik və cəsarət böyük amillərdir.
  • "Özgə fikir" — dünyada ən dəyərsiz maldır.
  • Qiymət dəyərin yanında heç nədir.

 


 

İllər öncə əla bir lüğət aldım və ilk etdiyim iş, onun “mümkün deyil” ifadəsi yazılmış səhifəsini cırıb tullamaq oldu.

Düşün və Varlan, Napoleon Hill

 

  • Heç kəsə sizin xəyallarınızı məhv etməyə imkan verməyin.
  • Öz məqsədinə çatmaq istəyi xülyanızın zirvələrə uçması üçün ilkin meydança sayıla bilər. Bu arzular heç vaxt etinasızlıqdan, tənbəllikdən və ambisiya yoxluğundan doğmur.
  • İstənilən arzu reallığa çevrilə bilər- yetər ki, ona inanasınız.
  • Yeganə mövcud olan sərhədlər — insanın özü-özünə qurduğu sərhədlərdir.
  • Tənqid qorxusu yeni doğulan ideyaların qatilidir.
  • Kimsə mənə demişdi: sən bunu etməyəcəksən,Çünki bu, mümkün deyil.Mən ona təbəssümlə cavab verdim:Bəlkə də hə, bəlkə də yox:Sınamamış heç nə deyə bilmərəm.
  • Nə etmək lazim olmadiğini bilmək, nə etmək lazım olduğunu bilmək qədər vacibdir
  • İnadkarlığın əsasını İRADƏNİN GÜCÜ təşkil edir. İradənin gücü ilə arzunun birləşməsi insana, sayəsində hər şeyə nail ola biləcəyi enerji verir.
  • Qalibləri mühakimə etmirlər.
    Uduzanları təmizə çıxarmırlar.
  • Hər bir uşaq böyüyəndən sonra pulun onun qarşısında necə imkanlar aça biləcəyini dərk edib varlanmağı arzulayır. Lakin arzular özü-özlüyündə adama pul gətirmir. İstək yalnız beyində zəlitək ilişib qalmış ARZUYA çevriləndə həyata keçməyə müvəffəq olur. ARZU hər hansı bir məqsədi beynindən çıxarmamaq, ona çatmaq üçün planlar qurmaq və ARZU REALLIĞA çevrilməmiş sakitləşməməkdir.
  • Məğlubiyyətin ən çox yayılmış səbəblərindən biri insanın müvəqqəti uğursuzluğa düçar olarkən irəlidəki axtarışlardan əl çəkməsidi.
  •  
 

0 şərh